C
CALAQ – hər hansı bitkinin budağının bir hissəsini (qələmini) və ya
tumurcuğunu (gözcüyünü) başqa bitkiyə calamaq. C.-dan şaxtaya,
xəstəlik və zərərvericilərə qarşı davamlı sortlar artırmaq, meyvəverməni
tezləşdirmək, dekorativ bitkiləri çoxaltmaq məqsədilə də istifadə olunur.
Meyvəçilikdə və dekorativ bağçılıqda göz və qələm C.-ından istifadə
olunur.
CANLI ÇƏPƏR – avtomobillər işləyən şose və küçələr boyu səs-
küyün qarşısını almaq, həmçinin bəzi zəhərli qazları, tozları və s. udmaq
və ya neytrallaşdırmaq məqsədilə ağac və kolların sıx əkilməsi. C.p.
həmçinin bağ və bağçaların sərhədi boyu mal-qaradan qorumaq üçün
salınır. Cökə, ağcaqayın, palıd, qoz, lələk, maklyura ağacları və birgöz,
dəfnə, samşit, rozmarin, böyürtkan kolları C.p. üçün çox effektli sayılır.
CANLI QAZINTI – keçmiş geoloji dövrlərdən çox az miqdar
nüsxələri indiyə qədər qalan, tapılana qədər məhv olmuş sayılan növ.
CANLI MADDƏLƏR– biosferdə canlı orqanizmlərin cəmi.
Kütləyə, elementar kimyəvi tərkibə, biokimyəvi enerjiyə malikdir. Canlı
maddələrdə 40-a yaxın kimyəvi element aşkar edilmişdir. Onlardan ok-
sigen, hidrogen, karbon, azot, fosfor və kükürd daha böyük əhəmiyyət
daşıyaraq zülalların, yağların və karbohidratların tərkibinə daxil olur.
Planetimizdə canlı maddələrin ümumi kütləsi 85-1000 milyard ton quru
halda üzvi maddədən ibarətdir. C.m. biosferdə bir sıra fundamental
funksiya daşıyır (qaz, oksidləşmə, reduksiya və s.). C.m. terminini elmə
V.İ.Vernadski (1940) daxil etmişdir.
CANLI TƏBİƏT – Dünyada və ya konkret bir ərazidə olan bitki,
heyvan, insan, göbələk, şibyə, bakteriya və virusların cəmi.
Dostları ilə paylaş: |