BUZLAQ EROZİYASI – yüksək dağlıq zonası buz kütlələrinin
qravitasiya qüvvəsinin təsiri altında tədricən aşağı sürüşərək yolunda
rastlaşdığı dağ süxurlarını parçalaması, relyefdə olan kələ-kötürlükləri
qismən hamarlaması prosesi.
Buzlağın hərəkəti nəticəsində onun yatağı tədricən dərinləşir və troq
(«təknə» deməkdir) dərələrinin yaranmasına səbəb olur.
Respublikamızda B.e. Böyük və Kiçik Qafqaz dağlarında 3500-m-
dən yüksək olan ərazilərdə müşahidə olunur.
BUZLAQ GÖLÜ
– buzlağın fəaliyyəti ilə bağlı göllər (məs.
Skandinaviyadakı göllərin çoxu).
BUZLAQLARARASI EPOXALAR – Yerin geoloji tarixində
antropogendə buzlaq epoxaları arasında isti iqlimlə xarakterizə edilən epox-
alar. Antropogendə 4 buzlaq epoxası (GENS, MİNDEL, RİSS və VURM)
və üçüncü buzlaqlararası epoxa (GÜNS-Mindel, Mindel-Riss, Riss-
VURM) ayırd edilir. Güns-Mindel buzlaqlararası epoxası təqr. 75 min il
bundan əvvəl olmuşdur.
|