COĞRAFİYA – Təbii və istehsal ərazi komplekslərini və onların
komponentlərini tədqiq edən təbiət və ictimai elmlər sistemi. Təbiət və
ictimai coğrafiya elmlərinin vahid sistem şəkilindəki birliyi. C. elmləri
sisteminə təbiət və ya fiziki coğrafiya (ümumi fiziki coğrafiya, geomor-
fologiya, paleocoğrafiya, iqlimşünaslıq, hidrologiya, torpaq C.-sı, siyasi
C.), həmçinin tədqiqat üsullarına görə texniki elmlərə aid edilən karto-
qrafiya da daxildir. C.-ya ölkəşünaslıq və digər elmlərin materialları ilə
yanaşı, coğrafiya və kartoqrafik məlumatlardan istifadə edən tibbi C. və
hərbi C. da aiddir.
Dostları ilə paylaş: |