ÇƏTİRÇİÇƏKLİLƏR FƏSİLƏSİ (Apiaceae, Umbeliferae) –
ikiləpəli bitki fəsiləsi. Ot, az hallarda (tropik və subtropiklərdə) kol və
çox da hündür olmayan ağac bitkiləridir. Azərbaycanda 80 cinsi (180-
dən çox növü) var. Bir çoxu qida bitkisi (yerkökü, cəfəri, zirə, kərəviz,
şüyüd və s.), efiryağlı (dağkeşnişi, razyana, cirə və s.), dərman və texni-
ki bitkilərdir. Bəzi növləri çox zəhərlidir. Bir qismi alaqdır.
ÇILPAQTOXUMLULAR (Gymnospermae)
– qıjıkimilərlə
örtülütoxumlu (çiçəkli) bitkilər arasında keçid təşkil edən toxumlu
bitkilərin ən qədim qrupu (şöbəsi). Ç. ağac və kollardır. Ç.-a toxumlu
qıjılar, saqovniklər, ginkkolar, kordaitlər, iynəyarpaqlılar və
qırxbuğumkimilər daxildir. Ç.-ın dünyada təqr. 600, o cümlədən
Azərbaycanda 20-dən çox növü var.
ÇİÇƏK – çiçəkli bitkilərin cinsi çoxalma orqanı. Vəzifəsi mikro və
meqasporogenez vasitəsilə tozlanma aparmaq, mayalanmaq və rüşeymin
əmələ gəlməsini təmin etməklə meyvə adlanan orqanı yetişdirməkdir.
Dostları ilə paylaş: |