QəRİb məMMƏdov mahmud xəLİlov


ÇİRKAB SULARININ İSTİFADƏSİ



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə193/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   189   190   191   192   193   194   195   196   ...   1096
ÇİRKAB SULARININ İSTİFADƏSİ  – Məişət, leysan və  sənaye 

çirkab sularının tərkibində olan qiymətli komponentlərin (həll olan və 

ya asılı) istifadəsi və ya təmizləndikdən sonra bu sularla tarlaların və 

meşə əkinlərinin suvarılması. 



ÇİRKAB SULARININ TƏMİZLƏNMƏSİ  Təbiətin və  ətraf 

mühitin çirklənmədən mühafizə edilməsi işində mühüm tədbirlərdən 

biri, kanalizasiya sistemlərində çirkli suların su hövzələrinə 

buraxılmazdan  əvvəl təmizlənməsi. Mexaniki, fiziki-kimyəvi, kimyəvi, 

biokimyəvi, bioloji və termik təmizlənmə üsullarından istifadə olunur. 

Mexaniki üsula çökdürmə və süzmə prosesləri daxildir. Bu zaman suyun 

içərisindəki bərk asılqan maddələr kənar edilir. Fiziki-kimyəvi üsulda 

kütlə mübadiləsi proseslərindən – adsorbsiyadan və ekstraksiyadan 

istifadə olunur. Kimyəvi üsulda çirkab, əsasən, kimyəvi reagentlər 

vasitəsilə emal olunur. Bu zaman neytrallaşdırma, oksidləşmə, 

reduksiya reaksiyaları  nəticəsində  zəhərli maddələr qeyri-toksik 

məhsula çevrilir, yaxud da çöküntü halında ayrılır. Biokimyəvi üsulda 

su aerotenklərə verilir. Yuxarıda göstərilən üsullarla  təmizlənmiş suyun 

tərkibindəki xəstəliktörədən bakteriyaları  məhv etmək üçün suyu 

xlorlayır və bundan sonra hövzələrə buraxırlar.  Bioloji üsul çirkab 

sularının təmizlənməsində  ən geniş yayılmış üsullardan biri olub, bu 

zaman üzvi maddələrin mikroorqanizmlərlə – saprobiontlarla 

minerallaşması gedir. Bu məqsədlə kiçik gölməçələrdən və digər su 

hövzələrində biofiltrlər və ya aerotenklərdən istifadə edilir. Termik 

üsul baha başa gəlsə də daha effektivdir. Bu üsulda sudan qeyri-toksik 

qazvari yanma məhsulu və bərk çöküntü alınır. Çirkabın tərkibində üzvi 

maddələr çox olarsa bu üsuldan istifadə etmək sərfəlidir. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin