82
ÇİM, ÇİM QATI – Canlı və cansız köklərdə,
çoxillik ot bitkilərinin
zoğları və kökümsov hissələri ilə torpağın üst qatının sıx birləşməsi.
Azərbaycan Respublikasında çim qatına malik torpaqlar Kür-Araz
ovalığının subasar düzənliklərində, həm də dağ-çəmən zonasında geniş
yayılmışdır. Ç.-ləşmə torpaqəmələgəlmə prosesində yaranmaqla torpaq-
da çoxlu humus, kül elementləri və s. əmələ gətirir, nəticədə möhkəm
topavarı, yaxud dənəvər torpaq strukturu yaranır. Ç.-in yaratdığı nazik
keçəyə bənzər formalı çim qatı yağmurların toplanması və torpaqda
saxlanmasına kömək edir. Dağ yamaclarında çim qatı səthi su axımının
qarşısını alaraq torpağı eroziyadan qoruyur.
Dostları ilə paylaş: