QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə199/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   195   196   197   198   199   200   201   202   ...   1096
 

 

Tufan gölü (avqust ayında) 

 


 

88 


 

DAĞ KSEROFİTLƏRİ  – əsasən kontinental iqlim zonasının quru 

daşlı dağ yamacları üçün səciyyəvidir. Qafqaz, Orta Asiya və Ön 

Asiyanın alçaq dağlıq hissəsində yayılmışdır. Azərbaycanda Kiçik 

Qafqazın dağətəyi hissəsində, Bozqır yaylada və Naxçıvanın orta və 

aşağı dağ qurşağında rast gəlinir. Çox vaxt meşə yox edilən yerdə 

antropogen mənşəlidir. 



DAĞ MEŞƏLƏRİ – dünyada bir-birindən çox aralıda yerləşən ayrı-

ayrı dağ sistemlərində yayılmışdır. Ural, Altay, Sayan, Alatau dağları 

yamaclarını örtən dağ-tundra meşələrində iynəyarpaqlı ağac növləri(adi 

şam, Sibir sidri, Avropa və Sibir küknarı) üstünlük təşkil edir. Uzaq 

Şərqin dağlarında ayan küknarı, ağqabıq ağşam, Sibir sidri, enliyarpaq 

ağac cinsləri ilə qarışıq meşələr yaradır. Orta Asiyanın Pamir-Alay, 

Zərəvşan, Tyanşan, Çatqal və başqa dağ sistemlərində quru iqlim 

şəraitində arid tipli meşələr yayılmışdır. Buranın aşağı dağ qurşağında 

saqqız ağacı, orta dağ qurşağında isə müxtəlif ardıc növləri bitir. Krım 

və Qafqaz dağlarında iberiya və şərq palıdı, şabalıd, fıstıq, şərq küknarı, 

Qafqaz ağ şamı meşələri yayılmışdır. 

Respublikamızın meşələrinin 90 faizə qədəri dağ yamaclarında bitir 

və bu meşələr özünəməxsus xüsusiyyətlərə məxsusdur. Böyük və Kiçik 

Qafqaz dağlarının aşağı qurşağında iberiya palıdı, orta dağ-meşə 

qurşağında fıstıq və vələs, yuxarı dağ qurşağında isə şərq palıdı meşələri 

üstünlük təşkil edir. 

Fıstıq, palıd və  vələs meşələrindən başqa dağlarımızda kiçik 

sahələrdə 8 növ ağcaqayın, 3 növ cökə, 4 növ tozağacı, titrəkyarpaq qo-

vaq, qoz, şabalıd, Qafqaz xurması, 6 ardıc növü, saqqızağacı meşələrinə 

də rast gəlinir. Talışın dağlıq meşələri dünyada müstəsnalıq təşkil edir. 

Burada aşağı dağ qurşağında  şabalıdyarpaq palıd və  dəmirağacı, orta 

dağ qurşağında  şabalıdyarpaq palıd və  fıstıq meşələri yayılmışdır. Bu 

meşələrdə relikt ağaclarından azatağacı, məxməri ağcaqayın, Lənkəran 

(ipək) akasiyası və yalanqoza da rast gəlinir. 

Fıstıq meşələri respublikamızın meşə fondunun 32 faizini təşkil edir 

(243 min hektar). Bu meşələrin ümumi oduncaq ehtiyatı 49 milyon 

kubmetrə  bərabərdir. Böyük və Kiçik Qafqazdakı  fıstıq meşələri dəniz 

səviyyəsindən 800-2000 m, Talış dağlarında isə 300-1800 m 

yüksəklikdə yayılmışdır. Kiçik Qafqazın cənub yamaclarında (Laçın, 

Zəngilan və Naxçıvanda) fıstıq meşələrinə rast gəlinmir. 

Sahəsinin böyüklüyünə görə  fıstıqdan sonra palıd meşələri gəlir. 

Respublikamızda palıd meşələrinin sahəsi 232 min hektardır, onlar meşə 

ilə örtülü ərazinin 30 faizini təşkil edir. 

Vələs meşələri sahəsinə görə respublikamızda 3-cü yeri tutur. Onun 

ümumi sahəsi 185 min hektar olub, respublikamızın meşəlik ərazisinin 

25 faizə  qədərini təşkil edir, ümumi oduncaq ehtiyatı 23 milyon 

kubmetrdir. 

Hazırda dağ meşələrinin qeyri qənaətəbəxş vəziyyəti təşviş doğurur. 

Burada bütün meşələr qoruyucu əhəmiyyətə malikdir. Burada aparılacaq 

hər bir tədbir mövcud meşələrin qoruyucu funksiyasını yüksəltməyə 




 

89 


 

doğru yönəldilməlidir. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin