DEFOLİASİYA (de... və lat. folium - yarpaq) yarpaqsızlaşdırma,
maşınla məhsul yığımını asanlaşdırmaq– üçün bitki yarpaqlarının
yığımdan qabaq tökdürülməsi. D. defoliantlar vasitəsi ilə aparılır. Bu
zaman bitkidə yarpaqların təbii qocalmasına oxşar proseslər gedir. 1-3
qozası açılmış pambıq koluna defoliantlar çiləndikdə yarpaqlar tökülür
və açılmamış qozalar sürətlə açmağa başlayır. Dekorativ bitkilərin və
meyvə bitkilərinin D.-sı da yaxşı nəticə verir.
DEGENERASİYA (dez...+ lat. Degenerar - çevrilmək) – 1) Morfo-
logiyada; hüceyrələrin, yaxud orqanın dağılması (çömçəquyruq
qurbağaya çevrilərkən onun quyruğunun itməsi); 2) mikrobiologiyada:
əlverişsiz şəraitdə yetişdirilən birhüceyrəli bitkilərin həyat fəaliyyətinin
aşağı düşməsi.
DEKLORASİYA (declaratio – elan, məlumat) – əsas prinsiplərin,
həmçinin sənədlərin təntənəli şəkildə bəyan edilməsi.
Dostları ilə paylaş: |