DAVAMLILIQ İNDEKSİ – fitosenozda növ və ya populyasiyanın
davamlılıq göstəricisi. Fitosenoz kütləsinin və ya miqdarının (sayının)
çoxillik hesablanmış variasiya əmsalı (
ν) əsasında təyin oluna bilər Js =
100 – V.
DAVAMSIZ ÇİRKLƏNDİRİCİLƏR – mexaniki və bioloji üsul-
larla nisbətən asan parçalanan çirkləndiricilər (məs. məişət çirkab
suları).
DAVAMSIZ TULLANTILARIN İŞLƏNMƏSİ – tullantıların
kənar edilməsinə yönəldilən tədbirlər. Aşağıdakı D. t.i. ayrılır: ilkin (bi-
rinci) – bərk maddələrin mexaniki süzgəcdən keçirilməsi və
çökdürülməsi; tam olmayan (ikinci) üzvi maddələrin kimyəvi kənar
edilməsi.
DİBİONT – iki mühitdə (məs., su və havada) və ya iki sakin
hesabına (iki müxtəlif mühitdə yaşayan parazit) yaşayan orqanizm.
DEBİT – vahid zamanda təbii, yaxud süni mənbələrdən (qazıma
quyusu, adi quyu, bulaq və s.) alınan maye və ya qaz həcmi. Mayenin
D.-i l/san, yaxud m
3
/san, m
3
/saat, m
3
/gün-lə hesablanır. D. uzun müddət
ərzində gələn maye və qaz axınının müntəzəm olmasını xarakterizə edir.
Su quyularının məhsuldarlığı xüsusi D.-lə (səviyyə 1 m-ə düşənəcən
olan D) müəyyənləşdirilir. Suyun D.-i ölçü qabları, müxtəlif
konstruksiyalı su ölçənlər, özüyazan debitoqraf və s. vasitəsilə təyin edi-
lir. Hidrogeoloji tədqiqatlarda quyunun D.-i mühüm göstəricilərdən biri
hesab olunur.
Dostları ilə paylaş: |