QəRİb məMMƏdov mahmud xəLİlov


DANADİŞİLƏR  (Gryllotalpidqe)



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə202/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   198   199   200   201   202   203   204   205   ...   1096
DANADİŞİLƏR  (Gryllotalpidqe) – düzqanadlılar dəstəsindən 

həşəratlar fəsiləsi. D.-in 45-dək növü məlumdur. Azərbaycanda 2 növü 

yayılmışdır. Rütubətli torpaqda yaşayır. Gündüzlər torpağın altında 

qalır, axşamlar üzə çıxır. Bitkilərin yeraltı hissəsi, soxulcan və həşəratla 

qidalanır. Suvarılan torpaqlarda bitkilərin yeraltı hissəsini zədələməklə 

bağ və bostanlara böyük zərər verir. 



DAŞ KÖMÜR – bitki mənşəli bərk çökmə süxuru. Bitki kütləsinin 

tədrici kimyəvi və fiziki-kimyəvi çevrilmələrə  məruz qalması yolu ilə 

daş kömürün əmələ gəlməsi prosesi aşağıdakı mərhələləri keçirir: torf-

qonur kömür – daş kömür – antrasit. Daş kömürün əmələ  gəlməsi 

nəticəsində çöküntüdə karbonun miqdarı artır, oksigen isə azalır. Daş 

kömürün yaşı 350-250 milyon ilə  bərabərdir. Onlardan ən qədimi 

antrasit sayılır, o, özündə 95%-dən artıq karbon saxlayır, tərkibində 

hidrogen azdır, yandırdıqda demək olar ki, uçucu məhsul vermir. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin