QəRİb məMMƏdov mahmud xəLİlov


D    DAĞ-DƏRƏ KÜLƏKLƏRİ



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə198/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   194   195   196   197   198   199   200   201   ...   1096

 

DAĞ-DƏRƏ KÜLƏKLƏRİ  gündüz dərələrdən dağlara, (dərə 

küləkləri) gecə isə  əksinə-dağlardan dərələrə (dağ küləkləri)  əsən 

küləklər. Yerli hava dövranı sistemində dağ yamacları  və  dərələr 

üzərində yaranan müxtəlif temperatur və təzyiq fərqi nəticəsində əmələ 

gəlir. D.d.k. buludluq və yağıntının gündəlik gedişinə də təsir göstərir

gündüzlər buludların  əmələ  gəlməsinə, gecələr isə buludların 

çəkilməsinə şərait yaradır. Azərbaycanda D.d.k. bütün dağlıq rayonları, 

xüsusilə Böyük və Kiçik Qafqaz üçün xarakterikdir. 

DAĞ GÖLÜ –  əsasən tektonik və buzlaq mənşəli olur. Tektonik 

göllər dağəmələgəlmə prosesləri nəticəsində Yer qabığının qırışması və 

sınması ilə əlaqədar olaraq əmələ gəlir, bu cür göllər ən böyük və dərin 

göllərdir. Məs., Xəzər gölü (sahəsi 371 min km

2

), Baykal gölü (dərinliyi 



1620 m). Dağlıq yerlərdə dərə gölləri dağ uçqunu zamanı süxurların çay 

dərəsini doldurması  nəticəsində  əmələ  gəlmişdir. 1139-cu ildə  şiddətli 

zəlzələ zamanı  Kəpəz dağının bir hissəsi uçub Ağsu çayının dərəsini 

doldurmuş  və  nəticədə  dərinliyi 100 m çatan gözəl Göygöl meydana 

gəlmişdir. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin