ÇƏMƏNİN QORUNMASI – hədsiz otarma nəticəsində çəmənin
məhsuldarlığının azalmasının, bataqlaşmanın, eroziya prosesinin
qarşısını almağa yönəldilən kompleks tədbirlər.
ÇƏMƏNLƏŞDİRMƏ (Zalujeniye) – yamaclarda, qobularda, çay
terraslarında məhsuldarlığı artırmaq məqsədilə aparılan tədbirlər sistemi
(ot səpini apararaq çim qatı yaratmaq yolu ilə). Ç. həmçinin torpaq
eroziyasının qarşısını alır.
ÇƏMƏNÇİLİK – 1) Kənd təsərrüfatı sahəsi; Ç. təbii, süni yem
mənbəyi olan biçənəklərdən, otlaqlardan quru ot və yaşıl yem tədarük
etməklə yanaşı, həmin sahələrdən ot unu və s. yem istehsalı üçün xam-
mal mənbəyi kimi istifadə etməklə məşğul olur. 2) Elm sahəsi; Ç.-in
nəzəri əsaslarını və aktual problemlərini işləyib hazırlayır.
ÇƏN – 1) Yer səthi yaxınlığında havanın asılı vəziyyətdə olan xırda
su damcıları və ya buz kristalları arasında işıq səpələnməsinin təsiri ilə
zəif tutqunlaşması. Görünüş, əsasən, 1 km-dən artıq olur, bəzən yüz və
on metrlərədək azalır. 2) Sərbəst atmosferdə havanın zəif tutqunlaşması,
ilkin fazada olan buludlu təbəqə.
Dostları ilə paylaş: |