QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə181/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   177   178   179   180   181   182   183   184   ...   1096
COĞRAFİ YARIMZONA – coğrafi zonanın tərkibinə daxil olan 

yer səthinin zonal fiziki-coğrafi bölgüsünün pillələrindən biri. Bu və ya 

digər landşaft tipinin üstünlük edən landşaftına görə ayrılır. 

COĞRAFİ ZONA, TƏBİİ ZONA – regional landşaft vahidi olub 

xüsusi iqlim tipinə, spesifik bitki örtüyü, heyvanat aləminə malik olan 

geniş  ərazi. C.z. yer səthinin üfiqi-zonallıq üzrə fiziki-coğrafi 

rayonlaşdırmasının yüksək pilləsindən biri olub coğrafi qurşaq daxilində 

yerləşir. İlk dəfə C.z. V.V.Dokuçayev (1898) tərəfindən təbii-tarixi zo-

nalar kimi ayrılmışdır. C.z. təliminin inkişafında L.S.Berqin (1931) 

müstəsna yeri vardır. O, şimal yarımkürəsinin düzən hissəsində tundra, 

mülayim iqlimin meşələri, meşə-çöl, çöl, Aralıq dənizi, yarımsəhra, 

səhra, subtropik meşələr, tropik səhra, tropik çöl, tropik meşə-çöl (sa-

vanna), rütubətli tropik meşələr zonaları ayırmışdır. 

–  Buzlaq zonası (coğrafi) – arktika və antarktika səhraları  ərazisi, 

həmişə və ya ilin çox aylarında buzlaq altında olub ali bitkilərə təsadüf 

edilmir. 

– Tundra zonası (coğrafi) – subarktik qurşağın ərazisi olub sərt iq-

limi, daim donuşluğun olması, meşəsizliyi, mamır və  şibyələrin güclü 

inkişafı, yüksək rütubətliyi, heyvanat aləminin kasatlığı ilə səciyyələnir. 

– Meşə-tundra zonası – subarktik qurşaqda tundra zonasından tayqa 

zonasına keçid ərazidə yerləşib hər iki zonanın flora və fauna 

elementlərinin birliyi müşahidə olunur. 

– Tayqa zonası – meşə zonasının şimal hissəsi – mülayim qurşağın 




 

77 


 

iynəyarpaqlı meşələri, özünəməxsus torpaq örtüyü və heyvanat aləmi 

var. 

– Qarışıq meşələr zonası – mülayim qarşaqda qarışıq iynəyarpaqlı 



və enliyarpaqlı meşələrin ərazisi. 

– Meşə zonası – mülayim, subtropik, tropik, subekvator və ekvator 

qurşaqlarında müxtəlif meşə tipləri zonası. Mülayim qurşaqda tayqa, 

qarışıq və enliyarpaqlı meşələr zonası ayrıca zona kimi ayrılır. 

–  Meşə-çöl zonası  – mülayim və subtropik qurşağın meşə  və çöl 

əraziləri bir-birini əvəz edən zona. 

– Çöl (bozqır) zonası – mülayim və subtropik qurşaqlarda meşəsiz 

kserofit xarakterli sıx ot örtüyünə malik olan ərazilər. 

–  Aralıq dənizi zonası  – subtropik qurşaqda yerləşib ilboyu 

rütubətliyin qeyri barəbər olmasilə  (əsasən qış yağıntısı) səciyyələnir. 

Bitki örtüyü həmişəyaşıl meşələr və kserofit kolluqlardan ibarətdir. 

– Subtropik zona – Yerin subtropik qurşaqlarına daxil olan bir sıra 

zonalar (şimal və cənub yarımkürələrdə): həmişəyaşıl subtropik meşələr 

və kolluqlar, subtropik qarışıq musson meşələri, subtropik meşə-çöl, çöl, 

(bozqır) yarımsəhra və səhralar. 

– Yarımsəhra zonası – mülayim, subtropik və tropik qurşaqlarda çöl 

zonasından səhra zonasına keçid ərazilərdə yerləşib (quru-kontinental 

iqlim  şəraitində) münbit olmayan, çox vaxt şorakət torpaqlarda seyrək 

kserofit bitki örtüyünə malikdir. 

– Səhra zonası – mülayim, subtropik və tropik qurşaqların çox quru 

kontinental iqlimi şəraitində,  əksər halda şorlaşmış torpaqlarda seyrək 

bitki örtüyü. 

– Savanna zonası – tropik və subtropik qurşaqlarda tək-tək ağac və 

kolluqlar ot bitkiləri fonunda. 

–  Tropik zona – Yerin şimal və  cənub yarımkürəsinin tropik 

qurşaqlarında rütubətli sıx tropik meşələri, tropik seyrək meşələri, quru 

çöl və savannalar, tropik yarımsəhra və səhraları. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin