COĞRAFİ LANDŞAFT – Təbii-ərazi kompleksi; birtipli geoloji
quruluş, relyef, hidroiqlim rejimi, uyğun torpaq və biosenozları,
həmçinin morfoloji strukturu ilə seçilən və genetik cəhətdən yekcins
olan ərazi. C.l.-ın 2-ci mənası landşaftın maddi komponentləri
arasındakı qarşılıqlı təsir və əlaqənin xüsusiyyətləri və onun yaranma
səbəbləri, morfoloji vahidlərinin məkanca uyğunluğu, onların dinamik-
liyi və zamanca inkişafı ilə müəyyən olunur. Süxur, su, buz, qar, torpaq,
hava kütlələri, bitki və heyvanlar C.l.-ın komponentləridir.
Komponentlərin landşaftdaxili əlaqəsi maddələr və enerji mübadiləsi ilə
həyata keçirilir. Azərbaycan Respublikasında yarımsəhra, dağ-çöl, dağ-
meşə, dağ-çəmən landşaftları daha geniş yer tutur. C.l.-ların tədqiqi və
onların xəritələşdirilməsinin təbiəti mühafizə və ondan səmərəli istifadə
məsələlərinin öyrənilməsi və həllində mühüm elmi və təcrübəvi
əhəmiyyəti var.
COĞRAFİ MÜHİT – cəmiyyətin mövcudluğu üçün daimi və zəruri
76
şərait sayılan insanı əhatə edən yerin təbiəti. Cəmiyyətin inkişafında və
cəmiyyətlə təbiətin qarşılıqlı əlaqənin öyrənilməsində C.m.-in rolunun
müəyyənləşdirilməsi nəzəri və praktiki əhəmiyyət kəsb edir. C.m.
insanın əmək fəaliyyəti sahəsidir. Lakin insanın düşünülməmiş
fəaliyyəti təbii sərvətlərin tükənməsinə, ətraf mühitin çirklənməsinə
səbəb olur, bu isə təbiətdə özünü tənzimləmə mexanizminə böyük təsir
göstərir. Odur ki, bəşəriyyətin qarşısında təbii resurslardan səmərəli
istifadə etmək və ətraf mühiti qoruyub saxlamaq problemi günü-gündən
kəskin şəkildə durur.
Dostları ilə paylaş: |