BURAĞAN – Burula-burula əsən şiddətli qarlı və yağışlı külək.
BUZLAQ – Dağ yamacı və ya dərə üzrə ağırlıq qüvvəsinin təsiri
altında yavaş-yavaş hərəkət edən buz kütləsi. B. bərk yağıntıdan (qar-
dan) o sahələrdə əmələ gəlir ki, il müddətində onun qalınlığı əriyən və
buxarlanan sudan xeyli çox olur, daha doğrusu B. iqlim qar sərhədindən
yuxarıda, qarın toplanması üçün relyef formalarının əlverişli olduğu
yerdə əmələ gəlir. Adətən hər B. qar sərhədi ilə iki hissəyə bölünür: bu
sərhəddən yuxarıda B.-ın qidalanma sahəsi yerləşir, burada qar yığılır və
o, buza çevrilir. Qar sərhədindən aşağıda isə ablyasiya sahəsi, yəni B-ın
əridiyi və buxarlandığı sahə yerləşir.
Dostları ilə paylaş: |