EDİFOEKOLOGİYA – bax. Ekopedologiya.
EFEMER ÇAY – yalnız müəyyən mövsümdə yağışlar zamanı və
qar əriyəndə yatağı su ilə dolan çay; qalan vaxtlar quruyur və ya bir-
birindən aralı kiçik su qalıqları görünür.
EFEMERLƏR (yun. ephemeros – bir günlük) – səhra, yarımsəhra,
bozqır və düzən sahələrin ekoloji şəraitinə uyğunlaşmış, vegetasiya
dövrü qısa olan birillik bitkilər qrupu. Yazda və payızda torpaqda
nəmlik çox olduqda E. inkişaf edib çiçəkləyir və toxum verir, quraqlıq
düşdükdə isə quruyub sakitlik mərhələsinə keçir. Belə həyat tərzi
olanların kserofit hala keçməsinin qarşısını alır. Ona görə də E. mezofit
və ya ksero-mezofit qrupa daxil olur. E. iki qrupa bölünür: tipik E. və
qış E.-i. Tipik E.-in (tipik mezofitlər) toxumu yazda cücərir və
vegetasiyasını 1,5-2,5 ay ərzində başa çatdırır. Qış E.-inin toxumları
payızda cücərdiyi üçün vegetasiya dövrü uzun çəkir (bütün qışı və yazın
əvvəli). E.-in təsərrüfat əhəmiyyəti böyükdür. E. qış otlaqlarında (Qo-
bustan, Ceyrançöl, Acınohur və s.) yem bazasının əsasını təşkil edir.
Dostları ilə paylaş: |