165
və fındıqdır. Şimal yarımkürəsinin mülayim iqlim zonasında vələsin 30
növü məlumdur. Qafqazda və Azərbaycanın meşələrində 6 növü bitir:
adi vələs (Carpinus betulus), qafqaz vələsi (C.caucasica), sivrimeyvəli
vələs (C.dektschaica), Şərq vələsi və ya dəmirqara (C.orientalis) və
irimeyvəli vələs (C.macrocarpa).
Fındıq cinsi (corulus) özündə 20 növ birləşdirir. Yabanı halda Qaf-
qazda 6, Azərbaycanda 3 növü məlumdur: adi fındıq (C.avellana), ayı
fındığı (C.iberica) və maral fındığı (C.cervorum).
Qafqaz vələsi meşələri respublikamızın meşə ilə örtülü sahəsinin
25%-ni təşkil edir.
1-Qafqaz vələsi, 2-Şuşa vələsi, 3-
Şərq vələsi
Ayı fındığı (ağacşəkilli fındıq)
FIRLAR, SESİDİLƏR – xüsusi növ törədicilərin bitki orqanlarında
əmələ gətirdiyi yerli patoloji yenitörəmələr. Onurğasızların törətdiyi F.
bəzən zoosidi, göbələklərin törətdiyi F. isə mikosesidi adlanır. F.-ın
meydana gəlməsi hallogenez, törədicisi isə hallogenlər adlanır. Viruslar,
bakteriyalar, göbələklər, nematodlar, parazit həyat keçirən cücülər F.ın
törədiciləridir. Bir çox F.-ın törədiciləri kənd təsərrüfatına və meşə
təsərrüfatına böyük zərər vurur. Bəzi F.-ın törədiciləri alaqlara qarşı
bioloji mübarizədə istifadə olunur.
166
FIRTINA – Bofort şkalasına görə gücü 9 bal və sürəti 20,8-24,4
m/san olan külək. Küləyin gücü 9 baldan artıq olanda şiddətli qasırğa
adlanır. Adətən quruda dağıntılara və dənizdə güclü dalğalanmaya səbəb
olur F.-nın yaranması siklonlarla əlaqədardır.
Dostları ilə paylaş: