QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə348/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   344   345   346   347   348   349   350   351   ...   1096
FINDIQ FƏSİLƏSİ (Corylaceae) – Ən geniş yayılmış cinsləri vələs 


 

165 


 

və fındıqdır. Şimal yarımkürəsinin mülayim iqlim zonasında vələsin 30 

növü  məlumdur. Qafqazda və Azərbaycanın meşələrində 6 növü bitir: 

adi vələs (Carpinus betulus), qafqaz vələsi (C.caucasica), sivrimeyvəli 

vələs  (C.dektschaica),  Şərq vələsi və ya dəmirqara  (C.orientalis)  və 

irimeyvəli vələs (C.macrocarpa). 

Fındıq cinsi (corulus) özündə 20 növ birləşdirir. Yabanı halda Qaf-

qazda 6, Azərbaycanda 3 növü məlumdur: adi fındıq  (C.avellana), ayı 

fındığı (C.iberica) və maral fındığı (C.cervorum). 

Qafqaz vələsi meşələri respublikamızın meşə ilə örtülü sahəsinin 

25%-ni təşkil edir. 

 

 

1-Qafqaz vələsi, 2-Şuşa vələsi, 3-

Şərq vələsi 

Ayı fındığı (ağacşəkilli fındıq) 

 

 

FIRLAR, SESİDİLƏR – xüsusi növ törədicilərin bitki orqanlarında 

əmələ  gətirdiyi yerli patoloji yenitörəmələr. Onurğasızların törətdiyi F. 

bəzən  zoosidi, göbələklərin törətdiyi F. isə mikosesidi adlanır. F.-ın 

meydana gəlməsi hallogenez, törədicisi isə hallogenlər adlanır. Viruslar, 

bakteriyalar, göbələklər, nematodlar, parazit həyat keçirən cücülər F.ın 

törədiciləridir. Bir çox F.-ın törədiciləri kənd təsərrüfatına və meşə 

təsərrüfatına böyük zərər vurur. Bəzi F.-ın törədiciləri alaqlara qarşı 

bioloji mübarizədə istifadə olunur. 




 

166 


 

FIRTINA  – Bofort şkalasına görə gücü 9 bal və sürəti 20,8-24,4 

m/san olan külək. Küləyin gücü 9 baldan artıq olanda şiddətli qasırğa 

adlanır. Adətən quruda dağıntılara və dənizdə güclü dalğalanmaya səbəb 

olur F.-nın yaranması siklonlarla əlaqədardır. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   344   345   346   347   348   349   350   351   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin