FOTOGEN ORQANİZM – işıq şüası verən orqanizm (məs., foto-
bakteriyalar).
FOTOKİMYƏVİ SMOQ – günəş şüasının təsirindən atmosferdə
yayılmış maddələrdən yeni maddələrin əmələ gəlməsi.
FOTOKSEN ORQANİZMLƏR – işıqlanma intensivliyinə fərqsiz
orqanizmlər.
FOTOMİNERALLAŞMA – işığın təsiri ilə minerallaşma.
FOTOOKSİDANTLAR – atmosferdə işığın təsirilə azot
oksidlərindən və karbohidrogenlərdən yaranan kimyəvi birləşmələrin
ümumi adı. Əsas F. – ozon və azot turşusudur. F. insanın sağlamlığına
zərər yetirir və meşələrin vəziyyətinə mənfi təsir göstərir.
FOTOPERİODİZM – canlı orqanizmlərin günün uzunluğuna qarşı
reaksiyası.
FOTOPLAN – Yer səthinin kartoqrafik məqsədlər üçün hazırlanmış
dəqiq fotoqrafik planı. Xüsusi cihazlarda üfiqi vəziyyətə və eyni miqya-
sa gətirilmiş fotoşəkilləri deformasiya olunmayan lövhə üzərinə
yapışdırdıqda alınır.
FOTOSFER – ulduz (o cümlədən günəş) atmosferinin ən dərin və
sıx təbəqəsi; Günəşin F.-nin qalınlığı 500 km-ə yaxın, temperaturu
4500-6000
°C olub olduqca güclü işıq verir. F. Yer səthində gedən təbii
proseslər üçün əsas enerji mənbəyidir.
FOTOSİNTEZ – Bitkilərin, yaşıl yosunların, bakteriyaların və foto-
sintez edən mikroorqanizmlərin vasitəsilə günəşin şüa enerjisinin üzvi
maddələrinin kimyəvi enerjisinə çevrilməsi. Bakteriyaların fotosintezi
bakterioxlorofillər, yosunlar və ali bitkilərinki isə xlorofillərin iştirakı
ilə gedir. F. sərbəst enerjinin artması ilə gedən və bilavasitə Yer kürəsi
orqanizmlərini kimyəvi enerji ilə təmin edən vahid bioloji prosesdir. F.
nəticəsində Yer kürəsində hər il 100 mlrd. ton üzvi maddə əmələ gəlir,
200 mlrd. ton CO
2
mənimsənilir və 145 mlrd. tona qədər sərbəst O
2
ayrılır. F. prosesində karbon qazı ancaq üzvi maddələrin tərkibinə daxil
olduqdan sonra reduksiyaya uğrayır.
Dostları ilə paylaş: |