FREATİK SULAR (yun. phrear - quyu) – Yerin aşağı (dərin)
qatlarındakı çatları və kapilyarları dolduran yeraltı sular. Orada xırda
onurğasızların spesifik faunası yaşayır.
FREATOBİOLOGİYA – limnologiyanın bölməsi; freatik sularda
həyatın ekoloji aspektlərini öyrənir. Termini K.Motain (1962) irəli
sürmüşdür.
FREATOBİONT – freatik suların məskunları.
FREATOFİTLƏR (yun. phrear - quyu) – Qrunt sularının hesabına
yaşayan bitkilər; dərin kök sisteminə (3-15 m) malik olurlar. Qara sak-
saul, dəvətikanı, kəvər F.-ə aiddir.
FREONLAR – soyuducular – flüorlu doymuş karbohidrogenlərdir.
Tərkibində xlor və bəzən də brom olur. Ən geniş yayılanları diflüordix-
lormetan CF
2
Cl
2
, flüortrixlormetan CF Cl
3
və diflüorxlormetan CHF
2
Cl. Alışmayan, partlayıcı, rəngsiz, iysiz qaz və mayelərdir. Suda pis,
üzvi həlledicilərdə yaxşı həll olur, turşu və oksidləşdiricilərə qarşı
davamlıdır. F. –dan sənayenin bir çox sahələrində istifadə olunur. Soyu-
ducularda, kondisionerlərdə, lakların, rəng-boyaların, müxtəlif
insektisidlərin və s. aerozol qablamalarında məhz F.-dan istifadə edilir.
F. yuyucu olduqlarından kosmetikada, ərzaq məhsuları, dərman
maddələri,boya və alovsöndürən qarışıqların hazırlanmasında istifadə
edilir. F. az zəhərli maddələrdir, inert (təsirsiz) birləşmələrə aid
olduğuna görə flora-fauna üçün zərərsiz sayılır və insan orqanizminə
ziyan gətirmir. Lakin xarici mühitin yer səthinə yaxın sahəsində kənar
təsirlərə qarşı davamlı və uzunömürlü olduqları üçün gec-tez hava
cərəyanı ilə atmosferdə toplanır. Beləliklə, yer səthində bir çox təsirlərə
məruz qalan xlor-flor üzvi birləşmələr atmosferin ozonla zəngin qatında
ultrabənövşəyi şüalara qarşı tab gətirməyərək asanlıqla parçalanır.
Stratosferdə sərbəstləşən bir xlor molekulu on min ozon molekulunu
tam məhv edir. Başqa maddələrə nisbətən F. ozonu 450-600 dəfə çox
dağıdır.
Beynəlxalq cəmiyətlərin razılaşdırılmış gücü ilə 1990-cı illərdən so-
nra F.-ın istehsalı 2 dəfədən çox azalmışdır. Soyuducu texnika
istehsalçıları freonların ozon üçün zərərsiz maddələrlə əvəz olunmasına
başlamışlar.
1996-cı ildən etibarən Rusiyanın «Biryusa» soyuducuları ozon qatına
dağıdıcı təsir göstərməyən yeni soyuducu agentlərdən istifadə edilərək
180
buraxılır.
Dostları ilə paylaş: |