FUMİQASİYA (lat. fumiqo – tüstü verirəm) – Bitki xəstəlikləri
törədicilərinə və zərərvericilərinə qarşı zəhərli buxar və qazlarla aparılan
mübarizə tədbiri. Anbar, istixana, parnik, kənd təsərrüfatı məhsulları
(taxıl, meyvə, tərəvəz və s.), bitkilər (üzüm, çay, sitrus bitkiləri), torpaq
və s. F. edilir. F.-nın vaxtı, üsulu və effekti fumiqantlardan, F.
obyektindən, həmçinin zərərverici və xəstəliklərlə yoluxma
dərəcəsindən asılıdır.
FUNGİSİDLƏR (lat. fungus - göbələk) – Pestisidlər qrupundan
olub fitopatogen göbələklərin törətdiyi xəstəliklərdən bitkiləri qorumaq
üçün preparatlar. Öz kimyəvi təbiətinə görə F. qeyri-üzvi və üzvi
birləşmələrə, həmçinin antibiotiklərə aid edilir. 200-ə qədər F.
məlumdur, onlardan 1500-dən çox preparat formaları və
kombinasiyaları buraxılır: isladıcı tozlar, emulsiya konsentratları, dus-
tlar, tozlar, qarışıq suspenziyalar, pastalar və s. Təsirinə görə F. qoruyu-
cu, müalicə edici olur. Ətraf mühitə mənfi təsirindən çəkinmək üçün F.-
dən istifadə olunma qaydalarına, xüsusən doza və vaxtına ciddi riayət
edilməlidir. Bir çox ölkələrdə, o cümlədən respublikamızda F.-dan
istifadə olunması qanunla nizama salınır.
|