GEOBOTANİKİ
ƏYALƏT
– zonanın (yarımzonanın)
tabeçiliyində olan geobotaniki rayonlaşdırma vahidi.
GEODEZİYA – Yerin ölçülərini, formasını, qravitasiya sahəsini və
səthindəki ölçmələri öyrənən elm. G.-nın materialları geobotanika və
biosenologiyada geniş tətbiq olunur.
GEOEKVİVALENT –təbii landşaftın yerində yaradılan antropogen
lanşaftla mütənasibliyi, uyğun olması. (tərkibi, kütləsi, maddələr
mübadiləsinin intensivliyi və enerji göstəricilərinə görə).
GEOEKOLOGİYA – ekologiyanın bir sahəsi; biosfer də daxil ol-
maqla ekosistemləri (geosistemləri) yüksək səviyyədə tədqiq edir.
Sinonimləri: landşaft ekologiyası, biogeosenologiya.
GEOFİLLƏR – torpaqda, lildə. bəzən bəzi süxurlarda yaşayan hey-
vanlar (məs. soxulcan, lildə yaşayan dəniz molyuskası və s.).
Dostları ilə paylaş: |