QəRİb məMMƏdov mahmud xəLİlov


GEOBOTANİKİ  XƏRİTƏLƏŞDİRMƏ



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə382/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   378   379   380   381   382   383   384   385   ...   1096
GEOBOTANİKİ  XƏRİTƏLƏŞDİRMƏ  – müxtəlif miqyaslı geo-

botaniki bitki örtüyünün xəritələrinin tərtibi. 1:5000-1:100 000 miqyaslı 

geobotaniki xəritələşdirmə üçün çöl tədqiqatları (rekoqnossirovka, xətti 

taksasiya, geobotaniki profilləmə, geobotaniki çəkmə, «açar»” (test) 

metodundan istifadə edilir. Kiçik miqyaslı (1:5000000-1:4000000) 

xəritələr  ədəbiyyat materiallarının köməyi ilə  tərtib olunur. G.x.-in ən 

məsuliyyətli və mürəkkəb hissəsi geobotanika xəritələrinin legendasını 

tərtib etmək, yəni xəritəyə daxil olan ərazilərdəki bitki örtüyünün qısa 

təsvirini verməkdir. Geobotaniki xəritələr dəqiq iri miqyaslı – 1:5000-

1:25 000, ümumiləşdirilmiş iri miqyaslı – 1:50000-1-200 000, orta 

miqyaslı – 1:300 000 - 1:1000000, xülasəli miqyaslı – 1:500 000-1:400 

000, kiçik miqyaslı xülasəli – 1:5000000 və daha kiçik olur. Geobotani-

ki xəritələr məqsədinə, tərtibinin prinsipinə görə universal, xüsusi aktual 

(müasir) bitki örtüyü, ilkin bitki örtüyü, indiqasiya, proqnoz, botaniki-

təsərrüfat xəritələrinə bölünür. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   378   379   380   381   382   383   384   385   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin