dəstəsi. Bütün məməlilərin üçdə birindən çoxunu əhatə edir. G-in 2
siçanabənzərlərdir. G. tez çoxalan heyvanlardır: kənd təsərrüfatına və
meşə təsərrüfatına zərər verir. G. insan və ev heyvanları arasında
181
təhlükəli xəstəliklər də yayır (taun, ensefalit və s.). Bəzi qiymətli
xəzdərili heyvanlar da (məs., çay qunduzu, bataqlıq qunduzu və s.)
G.dəndir.
GƏNƏLƏR (Acarina) – hörümçəkkimilər sinfindən xırda
buğumayaqlı heyvanlar. Dünyada 15 mindən çox, o cümlədən
Azərbaycanda isə 800-dən artıq növü məlumdur. G. dünyanın hər
yerində yayılmışdır. Əsasən quruda, bir qismi dəniz və çaylarda yaşayır.
Yırtıcı G. torpaqda, bitkilərin üzərində, heyvan yuvalarında, parazit G.
isə heyvan və insan bədənində, heyvanların qulaq və burnunda parazitlik
edir. Ensefalit, hemorragik isitmə və s. transmissiv xəstəliklərin törədi-
cisidir. Virusları, bakteriyaları, spiroxetləri və s. yayır. Bəzi G. xeyirli-
dir; torpağın münbitliyini artırır, bitki zərərvericilərini məhv edir.
GƏRMİC KÜLƏK – istilik gətirən külək. Qış fəslində əsən belə
külək qarın vaxtından əvvəl əriməsinə səbəb olur. (Astara, Lənkəran,
Masallı rayonları).
GİGİYENA – sağlamlıq haqqında tibb elminin bir sahəsi: xarici
mühit amillərinin insanın sağlamlığına, əmək qabiliyyətinə təsirini
öyrənir. G. yaşayış yerlərinin, iş və istirahət şəraitinin sağ-
lamlaşdırılmasını sanitariya cəhətdən əsaslandırır, ərzaq məhsulları və
məişət əşyalarının keyfiyyətinin sanitariya ekspertizası üsullarını
hazırlayır. G-ın hazırladığı elmi müddəaları həyata keçirən sahə sanita-
riya adlanır.
Dostları ilə paylaş: