QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə392/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   388   389   390   391   392   393   394   395   ...   1096
GİPSOFİL BİTKİLƏR  –  əsasən gipslə  zəngin olan torpaqlarda 

bitən bitkilər (bəzi gəvənlər, çoğan və s.). 



GÖBƏLƏK FIRLARI – Parazit göbələklərin bitkilərdə törətdiyi 

anormal törəmələr. 



GÖBƏLƏK XƏSTƏLİKLƏRİ – BAX: MİKOZLAR 

GÖBƏLƏK PREPARATLARI mikroskopik göbələklərdən 

alınan pestisidlər; onların insektisid təsirinə  səbəb göbələklərin 

həşəratlarda patogenlik (xəstəlik törətmək) yaratmasıdır. 

GÖBƏLƏKLƏR – (Mycetes və ya Fungi) ibtidai bitki qrupu. Xlo-



 

182 


 

rofilsiz olduğu üçün hazır üzvi maddə ilə (parazit və ya saprofit) 

qidalanır. Yüz mindən çox növü məlumdur. Bəzən çəkisi 8 kq, 

papağının diametri 75 sm olan nəhəng göbələklərə  də rast gəlinir. G. 

təbiətdə maddələr dövranında iştirak edir: antibiotiklər, müxtəlif dərman 

maddələri alınmasında, çörək, pivə, şərab, pendir və s. hazırlanmasında 

istifadə edilir. G.-in bir qismi duza və sirkəyə qoyulur. Azərbaycanda 

zərərli G. geniş yayılıb: pambıqda hommoz, vilt, üzümdə mildyu, oi-

dium, taxıllarda pas, sürmə, kartofda fitoftora, tütündə peronosporoz və 

s. xəstəliklər törədir. G.-in bir qismi zəhərlidir. 



GÖL  – quru çökəkliklərində yerləşən su hövzəsi. G. çökəklikləri 

tektonik buzlaq, çay, vulkan və s. mənşəli olur. Axarlı G.-lər rütubətli və 

mülayim, axarsızlar isə quraq iqlim sahələrinə xasdır. Suyunda duzun 

miqdarı çox olan mineral göllər xüsusi qrup təşkil edir. Yer kürəsi G-

lərinin ümumi sahəsi təqr. 2,7 mln km (quru sahəsinin təqr. 1,8%-i), 

həcmi təqr. 230 mln, km

3

-dir. Azərb-da təqr. 250 g. var: ən böyüyü 



(dünyada) Xəzər gölüdür. Hacıqabul, Candargöl, Acınohur, Böyükşor 

gölləri də nisbətən böyük göl sayılır. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   388   389   390   391   392   393   394   395   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin