kol, yarımkol və otlardan ibarətdir. G.f.-nə 120 cins və 3150-dən çox
növ daxildir. Azərbaycanda 200-ə yaxın növə rast gəlinir.
GÜLÇİÇƏKLİLƏR FƏSİLƏSİNİN FİLOGENETİK ƏLAQƏLƏRİ. (P.L.
241
Boqdanova görə)
Qafqazmənşəli quşarmudu
1-Qonur
quşarmudu, 2-Yunan
quşarmudu, 3-Ağrıovunduran
quşarmudu, 4-Buasye quşarmudu
GÜLÇÜLÜK – bitkiçiliyin bir sahəsi: dekorativ çiçək
bitkilərinin
becərilməsi, onların bağça, bağ və bulvarlarda əkilməsi ilə məşğul olur.
GÜN YAĞIŞI – Günəşli gündə göyün bir tərəfindən yağan yağış.
GÜNƏŞ ENERJİSİ – Yerin səthinə düşən şüalı və korpuskulyar
Günəş enerjisi. Orta intensivliyi 2 kal/sm
2
1 dəq. (günəş konstantı) təşkil
edir. Fundamental və əvəz olunmaz ekoloji faktor olub onsuz
185
planetimizdə həyatın mövcudluğu qeyri mümkündür.
GÜNƏŞ FƏALLIĞI – Günəşin
üzərində baş verən fiziki
dəyişikliklərin məcmusu. G.f.-nın zahiri təzahürü Günəş ləkələri,
məşəllər, protuberanslar və s.-dir. Güman olunur ki, G.f. atmosferin üst
qatlarına (qütb parıltısına, termosferin ionlaşmasına və s.), habelə at-
mosferin alt qatlarının vəziyyətinə, yəni havanın və iqlimin dəyişməsinə
təsir edir.
Dostları ilə paylaş: