HAVANIN NƏMLİYİ (rütubətliyi) – Havada su buxarının
miqdarı; hava və iqlimi müəyyən edən kəmiyyətlərdən biri. H.n. əsasən,
1) su buxarının təzyiqi, 2) mütləq rütubət (1 m
3
havada olan su
buxarının qramla miqdarı), 3) nisbi rütubət (verilmiş temperaturda ha-
vada olan su buxarının elastikliyinin (təzyiqinin) doymuş buxarın
elastikliyinə (təzyiqinə) nisbətinin faizlə miqdarı, 4) şeh nöqtəsi
(havanın izobarik soyutduqda su buxarının doyma halına uyğun tempe-
raturu) ilə ifadə edilir. H.n. hiqrometr və ya psixrometrlə ölçülür. Hava
soyuduqda nisbi rütubət artır; temperatur aşağı düşdükdə su buxarı
doymuş hala yaxınlaşır, nisbi rütubət isə 100% olur.
Dostları ilə paylaş: |