QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə404/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   400   401   402   403   404   405   406   407   ...   1096
HAVANIN TƏMİZLƏNMƏSİ  – Havanın texniki vasitələrlə toz-

dan və digər zərərli qatışıqlardan təmizlənməsi. Yaşayış, ictimai və is-

tehsalat binalarına daxil olan hava, ventilyasiya və kondisiyalaşdırma 

sistemləri (kondisionerlər) ilə  təmzlənir. Atmosferin yerüstü qatlarında 

müxtəlif mənşəli tozların havada qatılığı bir gecə-gündüz ərzində sənaye 

şəhərlərinin yaşayış rayonlarında 0,5 mq/m

3

-ə, sənaye rayonlarında 1 



mq/m

3

-ə, sənaye müəssisələri ərazisində 3 mq/m



3

-ə (və daha çox) çata 

bilər. Bəzi hallarda (məs. sement istehsalında, qara metallurgiyada) ha-

vada tozların miqdarı xeyli çox ola bilər. Atmosferə buraxılan havanı 

təmizləmək və zərərsizləşdirmək üçün müxtəlif hava süzgəcləri, toz və 

qaz tutucuları, toz çökdürən kamera, siklon və s. qurğular tətbiq edilir. 

H.t. ətraf mühitin mühafizəsinə yönəldilmiş mühüm tədbirlərdən biridir. 

H.t.-nə hidrometeorologiya və  təbii mühitə  nəzarət üzrə Dövlət 

komitəsi, habelə sanitar-epidemioloji idarə tərəfindən nəzarət edilir. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   400   401   402   403   404   405   406   407   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin