QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə406/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   402   403   404   405   406   407   408   409   ...   1096
HEYVAN XƏSTƏLİKLƏRİ – Yoluxmayan və yoluxan olur. Yo-

luxan H.x. iki cür olur: bakteriya, virus və göbələklərin törətdiyi infek-

siya və ibtidailər, cücülər, gənə  və helmintlərin törətdiyi invazion 

xəstəliklər. Ən qorxulu H.x.-nə aqalaktiya, aktinomikoz, askaridioz, bo-

tulizm, brüssellyoz, vakinit, qarayara, moniyezioz, raxit, taun tulyame-

riya və s.-ni misal göstərmək olar. 



HEYVANAT ALƏMİ (HEYVAN) RESURSLARI – sənaye 

obyektinə aid olan heyvanlar. 



HEYVANDARLIQ  – Kənd təssərüfatı heyvanlarını yetişdirən 

təsərrüfat sahəsi. H. əhalini süd, yağ,  ət, yumurta, yun, dəri və s. ilə 

təmin edir. H. məhsullarının tullantısından yem (sümük unu, üzsüz süd 

və s.), dərman preparatları (müalicə sorumları, hormon preparatları  və 

s.) alınır. H.-a maldarlıq, qoyunçuluq, donuzçuluq, quşçuluq, atçılıq və 

s. sahələr, həmçinin balıqçılıq, arıçılıq və baramaçılıq daxildir. 



HEYVANLAR – Canlı varlıqlar aləminin iki əsas qrupundan (digər 

qrup bitkilərdir) biri. Bütün H. heterotrof orqanizmlərdir. Yer üzərində 

1,5 mln-dək heyvan mövcuddur. Ümumiyyətlə, 16 heyvan tipi qəbul 



 

190 


 

edilmişdir: ibtidailər, süngərlər, arxeosiatlar (nəsli kəsilmiş), 

bağırsaqboşluqlar, ibtidai qurdlar, molyusklar, buğumlular, prozopikilər, 

kamptozoylar, podaksonilər, çiyinayaqlılar, poqonoforlar, 

dərisitikanlılar, qılçıqçənəlilər, yarımxordalılar, xordalılar (onurğalılar 

yarımtipi də daxil olmaqla). H.-ı zoologiya və bir çox xüsusi zooloji 

elmlər öyrənir. H.-ın insan həyatında rolu böyükdür. O. qida mənbəyi, 

sənaye xammalı olub, həm də işçi qüvvəsidir. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   402   403   404   405   406   407   408   409   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin