HAVANIN SANİTARİYA MÜHAFİZƏSİ, atmosfer havasının
sanitariya mühafizəsi – Atmosfer havasının zərərli tullantılardan
qorumağa yönəldilmiş, qanunverici təşkilatı və sanitariya-texniki
tədbirlər kompleksi. Sanitariya-epidemioloji xidmət sistemi sanitariya
qanunvericiliyi əsasında atmosfer havasının zərərli maddələrinin icazə
həddi səviyyəsini keçməmək üçün onun təmizliyinə və fəaliyyətinə aid
olan təmizləyici qurğuların işinə nəzarət edir.
HAVANIN TEMPERATURU – Termometr vastəsilə açıq havada
müəyyən edilən temperatur. H.t. adətən yer səthindən 2 m hündürlükdə
meteoroloji budkada qoyulmuş quru psixrometrik termometr ilə ölçülür.
H.t. avtomatik olaraq termoqraf vasitəsi ilə qeyd olunur. Müəyyən vaxt
daxilində ən soyuq və ən isti temperaturu bilmək üçün minimal və mak-
simal termometrlərdən istifadə edilir. H.t. gün ərzində, habelə ay və il
ərzində dəyişir. Atmosferin yüksək təbəqələrində H.t. şarzond, təyyarə
və s. ilə atmosferə qaldırılmış meteoroqraf və radiozondlarla ölçülür.
|