QəRİb məMMƏdov mahmud xəLİlov


HELMİNTLƏR (lat. helmins - qurd)



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə411/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   407   408   409   410   411   412   413   414   ...   1096
HELMİNTLƏR (lat. helmins - qurd) – İnsan, heyvan və bitkilərdə 

bir çox xəstəliklərin törədicisi olan parazit qurdlar. H.-in törətdiyi 

xəstəliklər helmintozlar adlanır. H.-in  5 tipi (12 mindən artıq növü) var: 

yastı qurdlar, dəyirmi qurdlar, akantosefallar və ya tikanbaşlılar, 

nemertinlər, həlqəvi qurdlar. H.-i öyrənən elm sahəsi hilmintologiya 

adlanır. 



HELMİNTOZLAR – parazit qurdlar vasitəsilə (nematodlar, trema-

todlar, sestodlar və s.) insan, heyvan və bitkilərin xəstələnməsi. 



HELOBİONTLAR  (yun. helos - bataqlıq)  – bataqlıqda 

məskunlaşan orqanizmlər. 



HELOFİTLƏR  – bataqlıq  bitkiləri olub kriptofitlər yarımtipinə 

aiddir, artma tumurcuqları suyun dibindəki torpaqda yerləşir. 



HEMATOFAQLAR  (yun. haima - qan)  – digər heyvanların qanı 


 

192 


 

ilə qidalanan heyvanlar (adətən həşəratlar: ağcaqanadlar, birələr, moza-

lan və s.). H. bəzi patogen agentləri yoluxdurmaqda iştirak edir. 

HEMEROBİYA  – ekosistemə  təsir göstərən bütün antropogen 

növlərinin nəticələri.  İnsanın orqanizmlərə  və onların məskunlaşdığı 

yerə  təsirini öyrənərək H.-nın dərəcəsi haqda nəticə  əldə edilir. H.-nı 

biosenozun təhlili və onun yayıldığı yeri tədqiq etmək yolu ilə  də 

müəyyən etmək olar. 

HEMEROFİLLƏR – insanın təsirilə və mədəni bitkilər arasında öz 

arealını genişləndirən bitki və heyvan növləri. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   407   408   409   410   411   412   413   414   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin