HEMEROFİT – mədəni bitki.
HEMEROFOB – insan fəaliyyəti nəticəsində sıradan çıxan və ya
mədəni bitki qruplaşmalarından çəkinən bitki və heyvan növləri.
HEMİKSEROFİTLƏR – arid zonanın yaxşı inkişaf etmiş kök
sisteminə malik olan (bəzən freatik suya qədər çatan) bitkiləri. H. üçün
intensiv transpirasiya səciyyəvidir, odur ki, onlar uzun müddətli sol-
maya davam gətirmir.
HEMOGEN ÇÖKÜNTÜLƏR – kimyəvi çöküntülər – su hövzələri
dibində məhlullardan kimyəvi və biokimyəvi reaksiyalar və ya suyun
temperaturunun dəyişilməsi nəticəsində çökmə yolu ilə əmələ gələn
süxurlar, minerallar və faydalı qazıntılar. H.ç.-ə halit, gips, anhidrit, do-
lomit, yəşəm, bəzi əhəngdaşları və s. daxildir.
HERBALOGİYA – alaqlar və onlara qarşı mübarizə metodları
haqqında elm.
Dostları ilə paylaş: |