HEYVANLARIN QIŞ YUXUSU hibernasiya – qışın əvvəlində bəzi
məməlilərin yuxuya bənzər vəziyyəti; bu zaman bütün həyati proseslər
minimuma çatır. H.q.y. mülayim və yüksək qurşaqların bəzi
heyvanlarına xasdır (məs. kirpilər, yarasa və s.).
HEYVANLARIN QORUYUCU RƏNGİ VƏ FORMASI – orqa-
nizmin maskalanmış və ya qorxuducu rəngarəngliyi və forması. Bəzi
heyvanların mühitin əşyalarına uyğun rəng və forma alması onu
düşməni üçün görkəmsiz və cazibəsiz edir.
HEYVANLARIN SƏMTLƏŞMƏSİ (oriyentasiyası)
–
Ekosistemdə, qismən hərəkəti və miqrasiyasında öz vəziyyətini təyin
etmək qabiliyyəti. Bu mürəkkəb bioloji proseslər görmə, eşitmə,
dadbilmə və s. ilə yerinə yetirilir.
HEYVANLARIN YAY YUXUSU, ESTİVASİYA – bəzi
heyvanların yuxuya bənzər qeyri-fəal vəziyyəti (yay sükutu): məs.
gəmiricilərin stepdə (çöldə) yayın quru, qızmar dövrünü keçirməsinə
köməklik. H.y.y-na həmçinin poykiloterm heyvanların yay sükutluğu
aiddir (məs. bəzi cücülər, gənələr).
Dostları ilə paylaş: |