QəRİb məMMƏdov mahmud xəLİlov


HƏYAT KEYFİYYƏTİ (SƏVİYYƏSİ)



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə420/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   416   417   418   419   420   421   422   423   ...   1096
HƏYAT KEYFİYYƏTİ (SƏVİYYƏSİ)  – insan ekologiyasında 

işlənən termin. İnsanların maddi və  mənəvi ehtiyaclarının ödənilməsi 

keyfiyyəti: qidanın keyfiyyəti, geyimin keyfiyyəti və modalılığı, yaşayış 

yerinin komfortluğu (rahatlığı), təhsilin, səhiyyənin,  ətraf mühitin, re-

kreasiya strukturunun, əmək fəaliyyətinin, stres vəziyyətinin səviyyəsini 

və s. keyfiyyəti. H.k. yaşayış  səviyyəsilə yanaşı, həm də yaşayış  tərzi 

şəraitini təyin edir. 

HƏYAT SİKLLƏRİ (dövrləri)  – bir nəsil (generasiya), yaxud iki 

və daha çox nəslin dəyişməsi daxilində orqanizmlərin müxtəlif böyümə 

və inkişaf fazalarının məcmusu. Ali bitkilərdə birillik, ikiillik həyat 

dövrləri ayırırlar. Heyvanlarda sadə, əksərən çoxillik həyat dövrlərindən 

başqa, həm də bir sıra nəsillərin dəyişilməsilə çox mürəkkəb H.s. 

mövcuddur (məs. cücülərin). Hər dövrün (siklin) bir və bir neçə inkişaf 

bazası vardır. 

HƏYAT ZONASI – biosferin (biomların)  ən iri bölgüsü. Əvvəllər 

H.z. orqanizmlərin yayılması üçün əlverişli temperatur zonasının sino-

nimi kimi istifadə olunurdu. Termini K.X.Merriam (1890) irəli 

sürmüşdür. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   416   417   418   419   420   421   422   423   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin