HƏŞƏRATLA QİDALANAN ORQANİZMLƏR – əsasən
həşəratlarla yemlənən heyvanlar və bəzi bitkilər.
HƏŞƏRATYEYƏN BİTKİLƏR, CÜCÜYEYƏN BİTKİLƏR –
Cücüləri (az hallarda başqa xırda heyvanları) tutan və onlardan əlavə
qida (başlıca olaraq azotlu) mənbəyi kimi istifadə edən çoxillik ot
bitkiləri. Dünyada 500-dək, Azərbaycan Respublikasında 3 növü var.
H.b. şirin su hovuzlarında, bataqlıq çəmənlərdə, azot birləşmələri zəif
olan substratlarda yaşayır. Belə şəraitdə zəruri azot aclığı, həmçinin fos-
for, kalium və s. maddələrin çatışmazlığını H.b. metomorfozlu
yarpaqların köməyi ilə cücülərin hesabına tamamlayır. Bəzi H.b.
(şehçiçəyi, yağlıc otu və b.) yarpaqların üzəri yapışqanlı şəffaf maye
ifraz edən çoxlu vəzilərlə örtülüdür. Cücü bitkinin tutucu aparatı üzərinə
düşdükdə vəzilərin sekressiyası güclənir.
Dostları ilə paylaş: |