HƏYATİLİK FORMALARI – böyümə forması və inkişaf ritmi
oxşar olan bitki və heyvan növlərinin qrupları.
HƏYATİLİK QABİLİYYƏTİ – populyasiya və ya onun ayrı-ayrı
fərdlərinin verilən şəraitdə yaşaması və nəsil vermə qabiliyyəti.
HİBRİD TOXUM (lat. hibrida - mələz) – müxtəlif forma, sort, növ
və cinsə aid bitkilərin hibridləşdirilməsi nəticəsində alınan toxumlar.
H.t. başqa sortlara nisbətən daha yüksək məhsul verir. Səpində yalnız
H.t.-un 1-ci nəslindən istifadə edilir.
HİBRİDLƏŞDİRMƏ – İki və ya daha çox irsi əlamətləri ilə
fərqlənən, heyvan və bitkilərin çarpazlaşdırılması. Sortarası, növarası,
növdaxili və uzaq H. məlumdur. Heyvan cinsləri arasında aparılan cüt-
ləşdirmədən Azərbaycan dağ merinosu qoyunu, qırmızı səhra, qara-ala
və s. qaramal cinsləri alınmışdır. Bitki seleksiyasında buğda cinsinə
daxil olan növlər arasında geniş növarası H. aparılmışdır.
İ.D.Mustafayev və C.Ə.Əliyev H.-dən bir sıra buğda sortları almışlar.
Dostları ilə paylaş: |