HİDROMORF TORPAQLAR – Səthə yaxın qrunt suları şəraitində
mezofil və hiqrofil bitki örtüyü ekosistemlərində formalaşan qleyli-
çəmən, çəmən və qaratorpaq-çəmən torpaqları.
HİDROPONİKA (yun. hydor – su, pohos - iş) – bitkilərin süni
mühitdə, torpaqsız becərilməsi. Bu zaman bitkinin kök sistemi bərk sub-
strat (qida əhəmiyyəti olmayan) üzərində, suda, yaxud rütubətli havada
(aeroponika) inkişaf edir. Bitkilər qidanı kökləri əhatə edən qidalı
məhluldan alırlar.
HİDROPSAMMON – dəniz, çay, göl və su anbarlarının sahilində
nəmli qumlarda yaşayan su orqanizmlərinin məcmusu. H.-lara nematod-
lar, malyusklar, həşərat sürfələri və s. aiddir.
HİDROSFER – Yerin su təbəqəsi; atmosferlə litosfer arasında
yerləşir. Yer səthinin 70,8%-ni təşkil edir. H.-in həcminin təqribən 94%-
i dəniz və okeanlar, 4%-i yeraltı sular, 2%-i, əsasən, Arktika, Antraktida
və Qrenlandiyanın buzlaq və qar suları, 04%-i qurunun səth sularıdır
(çay, göl, bataqlıq). H. atmosfer, yer qabığı və biosferlə daim qarşılıqlı
əlaqədədir.
Dostları ilə paylaş: |