HİPERGENEZ ZONASI – Yer qabığının üst hissəsində fiziki,
kimyəvi və bioloji xarakterli aşınma gedən dağ süxurlarının dağılması,
mineral-geokimyəvi dəyişməsi zonası.
HİPERKAPNİYA (qiper və yun. kaphos - tüstü) – qanda və ya
digər toxumalarda CO
2
-in yüksək miqdarı ilə əlaqədar orqanizmin xəstə
vəziyyəti.
HİPERTROFİYA – bir sıra bitki və heyvanlarda orqanizmin bəzi
toxuma və ayrı-ayrı hissələrinin, həcminin qeyri adi pataloji böyüməsi.
Məs., bakteriya, göbələk və həşəratların neqativ təsirinə reaksiya kimi
bitkidə fırların əmələ gəlməsi; virus, patogen bakteriyalar və b. ilə hey-
van və insanda şişin əmələ gəlməsi.
HİPERYIRTICI – bir yırtıcının digər yırtıcının hesabına yaşaması
(məs., qartal kərtənkələ ilə qidalanır, kərtənkələ isə öz növbəsində
onurğasızlar və ya kiçik onurğalılarla qidalanır və s.). Yırtıcı və H.
arasında müəyyən təbii tarazlıq vardır, o, insan tərəfindən
pozulmamalıdır.
|