QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə430/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   426   427   428   429   430   431   432   433   ...   1096
HİDROMORF TORPAQLAR – Səthə yaxın qrunt suları şəraitində 

mezofil və hiqrofil bitki örtüyü ekosistemlərində formalaşan qleyli-

çəmən, çəmən və qaratorpaq-çəmən torpaqları. 

HİDROPONİKA  (yun. hydor – su, pohos - iş)  – bitkilərin süni 

mühitdə, torpaqsız becərilməsi. Bu zaman bitkinin kök sistemi bərk sub-

strat (qida əhəmiyyəti olmayan) üzərində, suda, yaxud rütubətli havada 

(aeroponika) inkişaf edir. Bitkilər qidanı kökləri  əhatə edən qidalı 

məhluldan alırlar. 

HİDROPSAMMON  – dəniz, çay, göl və su anbarlarının sahilində 

nəmli qumlarda yaşayan su orqanizmlərinin məcmusu. H.-lara nematod-

lar, malyusklar, həşərat sürfələri və s. aiddir. 

HİDROSFER  – Yerin su təbəqəsi; atmosferlə litosfer arasında 

yerləşir. Yer səthinin 70,8%-ni təşkil edir. H.-in həcminin təqribən 94%-

i dəniz və okeanlar, 4%-i yeraltı sular, 2%-i, əsasən, Arktika, Antraktida 

və Qrenlandiyanın buzlaq və qar suları, 04%-i qurunun səth sularıdır 

(çay, göl, bataqlıq). H. atmosfer, yer qabığı və biosferlə daim qarşılıqlı 

əlaqədədir. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   426   427   428   429   430   431   432   433   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin