QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə431/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   427   428   429   430   431   432   433   434   ...   1096
HİDROSFER TƏZYİQ  – Su hövzələrində su kütləsinin dibinin 

səthinə  təzyiqi. Təzyiqin dərinlik  əmsalı  təqribən hər 10 m-ə 1 atm-ə 

(101325 N/m

2

) çatır. Dərinliklərdə yaşayan heyvanlar təzyiqin gücünə 



bu və ya digər dərəcədə adaptasiyaya malikdirlər. 

HİDROSFERİN ÇİRKLƏNMƏSİ – Hidrosferə müəyyən miqdar-

da və qatılıqda çirkləndirici maddələrin daxil olması ilə iri su 

obyektlərinin (çay, su anbarı, göl, okean, dəniz, qrunt suları) mühitinin 

normal şəraitinin pozulması. 



HİDROTEXNİKİ QURĞULAR  – təbii su ehtiyatlarından (çay, 

göl, dəniz, yeraltı sular) istifadə etmək məqsədilə, yaxud suyun (selin) 

zərərli təsirinə qarşı mübarizə üçün tikilən xüsusi mühəndis qurğuları. 

HİDROTERMİK  ƏMSALLAR  –  İqlimin nəmlik göstəricisidir. 

M.İ.Budıkoya (1930) görə Kh=R/Zr; burada K – radiasiya balansı; Z – 




 

200 


 

buxarlanmanın gizli istiliyi və r – yağıntının miqdarı. A.M.Ryabçikova 

(1972) görə: K=W/R, w – məhsuldar nəmlikdir (ildə mm-lə). Bu əmsal 

səhra üçün 2-dən aşağı, yarımsəhra üçün 2-4, çöl üçün 4-7, meşə-çöl 

üçün 7-10, yarpaqlı meşələr və tayqa üçün 10-13, meşə tundra üçün 13-

dən yuxarıdır. 



HİDROTERMLƏR  – Yerin dərinliklərindən daxil olan yüksək 

temperaturlu suların mənbələri. H.-rə  həm quruda, həm də okeanların 

dibində rast gəlinir. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   427   428   429   430   431   432   433   434   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin