QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə429/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   425   426   427   428   429   430   431   432   ...   1096
HİDROLOJİ  XİDMƏT  – su hövzələrinin, su axınlarının fiziki, 

kimyəvi, bioloji parametrlərinin vəziyyətinin təbii və antropogen 

dəyişməsinə nəzarət xidməti. Respublikamızda H.v. Ekologiya və Təbii 

Sərvətlər Nazirliyi Milli Hidrometeoroloji Departamentinə  həvalə 

olunmuşdur.  

HİDROLOJİ MÜHİT, SU MÜHİTİ – hidrosfer bütövlüklə, bütün 

fiziki vəziyyətdə su (maye, bərk, qaz halında). 



HİDROLOJİ ŞƏBƏKƏ – müəyyən ərazidə çayların və digər daimi 

və ya müvəqqəti su axarları, göllər, bataqlıqların məcmusu. 



HİDROMELİORASİYA  – kənd təsərrüfatı istehsalının hidroloji 

şəraitinin, həmçinin ətraf mühitin ümumi yaxşılaşdırılmasına yönəldilən 




 

199 


 

təşkilatı təsərrüfat və texniki tədbirlər sistemi. H.-ya suvarma, otlaqların 

su ilə  təmin edilməsi, çayların və  səthi axımın tənzimlənməsi;  şoran 

torpaqların yuyulması; torpaq eroziyasının qarşısını almaq məqsədilə 

hidrotexniki qurğuların tikilməsi və tirələrin düzəldilməsi aiddir. H. 

yalnız meliorativ tədbirlərlə əlaqələndirildikdə maksimum təsərrüfat və 

təbiəti mühafizə effekti verə bilər. 

HİDROMETRİYA – su obyektlərinin rejimini, mayenin hərəkət və 

halını xarakterizə edən kəmiyyətlərin təyini üçün üsullar toplusu. 



HİDROMODUL – suya xüsusi tələbat: müəyyən ərazidə hər hansı 

bitkinin yetişdirilməsi üçün tələb olunan suvarma (irriqasiya) suları. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   425   426   427   428   429   430   431   432   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin