HAVA (METEOROLOGİYADA) – Müəyyən mərhələdə və
müəyyən vaxt ərzində atmosfer proseslərinin fasiləsiz olaraq dəyişilən
vəziyyəti. H. meteoroloji elementlərin dəyişməsi və bunlarla əlaqədar
havada bir sıra fiziki hadisələrin baş verməsi ilə səciyyələnir. H. eyni bir
mərhələdə bəzən də bir çox qısa müddət ərzində (bir gün, hətta bir neçə
saat ərzində) dəyişilə bilər ki, bununla da o, iqlimdən, yəni müəyyən
ərazidə havanın çoxillik rejimindən fərqlənir.
HAVA AXINLARI – troposferdə və strotosferdə əmələ gəlib, geniş
sahəni əhatə edən külək sistemi. Atmosferin ümumi sirkulyasiyasına
(tsiklon, passat, musson) daxil ola bilər; yerli adlar (brizlər, dağ-dərə
küləkləri və b.) da daşıyır.
HAVA XİDMƏTİ – əhalinin və xalq təsərrüfatının müxtəlif
sahələrini mövcud və gözlənilən hava şəraiti haqqında məlumatla
təminetmə sistemi.
Dostları ilə paylaş: |