GÜNƏŞ LƏKƏLƏRİ –Günəş səthində müşahidə edilən tutqun
ləkələr. Diametri 10 min km-ə çatır. Parlaqlığı normal Günəş
diskindəkindən 10 dəfəyədək zəifdir, temperaturu fotosferinkindən
1500
° - 2000° kiçikdir.
GÜNƏŞ MÜALİCƏSİ, HELİOTERAPİYA – Günəşin şüa enerji-
sinin müalicə profilaktika məqsədi ilə işlədilməsi: işıq müalicəsinin bir
növü. Orqanizmə infraqırmızı və ultrabənövşəyi günəş şüaları təsir
göstərir. G.m. zamanı (günəş vannası) gündən qaralma əmələ gəlir ki,
bu da orqanizmdə mübadilə prosesini, immuniteti fəallaşdırır,
qanyaranmasını, toxumanın qidalanmasını, ümumi vəziyyəti, yuxunu
yaxşılaşdırır, orqanizmi möhkəmlədir. Vərəmin aktiv formasına, ürək
çatışmazlığına tutulanlara G.m.-dən istifadə etmək olmaz.
Dostları ilə paylaş: |