GİGİYENA NORMASI – insanın sağlamlığının hər cür
pozulmasının qarşısını almaq məqsədilə gigiyena tərəfindən rəsmi
işlənib hazırlanmış normalar.
GİLƏMEYVƏ BİTKİLƏRİ – yeməli meyvəsi məişətdə giləmeyvə
adlanan çoxillik kol, yarımkol və ot bitkiləri. G.b.-ndən ən çox çiyələk,
moruq, qarağat, firəngüzümü, böyürtkən, cır mərsin, quşarmudu, aktini-
diya və çaytikanı becərilir. Yabanı G.b.-in ən əhəmiyyətlisi mərcanı,
mərcangilə və qaragilədir. Azərbaycan Respublikasının dağ, meşə və
çöllərində çoxlu yabanı G.b. bitir. Giləmeyvəsində şəkər, mineral
maddələr, üzvi turşular, vitaminlər, aromatik maddələr var. Yeyilir,
mürəbbə, cem, şirə, şərab, kompot və s. hazırlanır, bəziləri isə dərman
kimi işlədilir.
GİLƏVAR – Azərbaycanda, əsasən, Abşeron yarımadasına xas olan
cənubdan, cənubi-şərqdən əsən külək. Xəzriyə nisbətən istidir. Ən çox
ilin isti dövründə əsir. Sürəti adətən, 2-10 m/san-dir, bəzən 20-24 m/san-
yə çatır.
Dostları ilə paylaş: |