GEOLOJİ EROZİYA – insanın dağıdıcı fəaliyyəti olmayan ərazidə
təbii amillərin təsiri nəticəsində baş verən torpaq eroziyası. Bax: qədim
eroziya
GEOMERİDA (geo və .. yun. meros - hissə) – Yerdə yaşayan bütün
canlıların məcmusu. Bəzən biosfer sinonimi kimi də istifadə olunur.
Termin V.N. Beklemişev (1928) tərəfindən təklif edilmişdir.
GEOMORFOLOJİ VAHİDLƏR – landşaftın tərkib elementləri-
geosistemlər (dağlar, dərələr, vulkanın krateri, buzlağın relyef formaları
və s.).
GEOMORFOLOGİYA – Yer səthinin relyefi haqqında elm. Quru-
nun, okean və dəniz dibinin relyefini, xarici görünüşünü, mənşəyini (ge-
nezisini), yaşını, inkişaf tarixini və müasir dinamikasını öyrənir.
Azərbaycan MEA akad. Həsən Əliyev adına coğrafiya İnstitutunda G.
şöbəsi var.
Dostları ilə paylaş: |