GEOSFERLƏR (geo... və.. yun. spharia - kürə) – yer
maddələrindən əmələ gəlmiş konsentrik qatlar. G.-ə atmosfer, biosfer,
hidrosfer, litosfer və ya Yer qabığı, mantiya və Yerin nüvəsi daxildir.
GEOSİNKLİNAL – Yer qabığının dərin çökəkliyi.
GEOSİSTEM – coğrafi landşaftın geomorfoloji, iqlim və hidroloji
elementlərini, həmçinin ekosistemi Yer səthinin müəyyən bir sahəsində
birləşdirən fundamental struktur vahidi. Termini V.B.Soçava (1963)
təklif etmişdir.
GEOTERMAL SULAR – Yerin dərinliklərindən səthə çıxan sular.
Yüksək temperatura və özünəməxsus kimyəvi tərkibə malikdir.
Binaların, örtülü şitilliklərin (oranjeriya) qızdırılmasında istifadə olunur.
Yüksək minerallığı olan G.s.-dan marikultur (dəniz orqanizmlərinin süni
yetişdirilməsi) kimi də istifadə etmək olar.
GEOTOPOLOGİYA – geosistemlər haqqında elmin bölməsi. Ter-
mini V.B.Soçava (1963) irəli sürmüşdür.
GƏDİK – iki dağ zirvəsi və ya yüksəklik arasında alçaq sahə, çətin
keçilən dağ cığırları. G. qış aylarında boran və çovğunda keçilməz olur.
G. aşınma, tektonika və buzlaqların qarşılıqlı təsirindən yaranır.
Dostları ilə paylaş: |