FLORA VƏ FAUNANIN ANALİZİ (təhlili) – Növlərin genetik,
coğrafi, ekoloji, təsərrüfat və digər xassələrinə uyğun olaraq müəyyən
ərazidə, bitki tipində və ya ekosistemdə flora və faunanın təhlili. Bütün
hallarda flora və faunanın zənginliyinə və sistematik tərkibinə diqqət
yetirilir. Bütün bunlar növlərin yerləşməsindən, mənşəyindən və tutduğu
ərazinin böyüklüyündən asılıdır. Genetik təhlil zamanı genoelementlər
ayırırlar: məs. keçmiş floranın reliktləri; müxtəlif dərəcədə adaptasiya
olunmuş müxtəlif dövrlərin immiqrantları; gətirilmiş növlər (neofitlər).
Coğrafi təhlildə geoelementlər ayırd edilir: endemlər, alloxtonlar və s.
Ekoloji təhlildə ekomorf və ya ekobiomorflar kimi ekoelementlər ayırd
edilir.
Flora və faunanın faydalılığı bu və ya digər coğrafi və ya inzibati
rayonlara və vilayətlərə görə müəyyənləşdirilir. Bu zaman faydalı
növlərin miqdarı müəyyən edilir və onlar müvafiq qruplara (dərman,
qida, texniki, xəzlilik və s.) bölünür.
Dostları ilə paylaş: |