FİZİKİ ÇİRKLƏNMƏ – hər hansı bir mühitdə müxtəlif fiziki
faktorların təbii normasının artmağa doğru dəyişməsi: istilik, səs-küy,
elektromaqnit, radiasiya və s.
FİZİOQNOMİKA (yun. physioqnomike) – ekologiyanın bölməsi;
təbii qruplaşmaların forma və strukturunu öyrənir; qruplaşmanın xarici
görünüşü haqqında elm. Termini R.Uitteker (1980) daxil etmişdir.
FİZİOLOGİYA (yun. Physis - təbiət) – insan və heyvan
fiziologiyası – orqanizmlərin, onların ayrı-ayrı sistem, orqan və
toxumalarının həyat fəaliyyəti və fizioloji funksiyaların tənzimi
haqqında elm. Canlı orqanizmlərin ətraf mühitlə qarşılıqlı fəaliyyətinin
qanunauyğunluqlarını, onların müxtəlif şəraitdə davranışını öyrənir.
İndiki dövrdə fizioloji məsələlər, əsasən, tibb və kənd təsərrüfatı
praktikasına kömək etmək mövqeyindən işlənib hazırlanır.
Dostları ilə paylaş: |