FİZİKİ-COĞRAFİ ƏYALƏT – fiziki-coğrafi rayonlaşdırma vahi-
di; bir fiziki-coğrafi vilayətin bir hissəsi; relyefin morfostrukturu, iqlim,
dağlarda isə yüksəklik qurşaqlığın xarakterinə görə ayrılır.
FİZİKİ-COĞRAFİ PROSESLƏR – coğrafi qabıqda və landşaftda
təbii hadisələrin ardıcıl dəyişməsi; maddələr, enerji və informasiya
mübadiləsi vasitəsilə müşayiət olunur və landşaftın bu və ya digər
vəziyyətinin xarakteristikasının dəyişilməsinə səbəb olur. F.c.p.-rə geo-
morfoloji, hidroloji, iqlim, bioloji və landşaft prosesləri aiddir. F.c.p.-in
öyrənilməsi landşaftın dəyişilməsinin mexanizmini və faktorları aşkar
etmək üçün zəmin yaradır.
Dostları ilə paylaş: |