FİZİKİ AMİL (yun. physis - təbiət) – bu amilin mənbəyi ətraf
mühitin fiziki vəziyyəti və ya hadisəsi hesab olunur (dalğa, mexaniki və
s.).
FİZİKİ COĞRAFİYA – Yerin coğrafi qatı və onun struktur
hissələri haqqında elm. Əsasən, yerşünaslıq və landşaftşünaslıq
hissələrinə bölünür. Bundan əlavə F.c.-ya paleocoğrafiya da aid edilir.
F.c. elmləri qrupuna təbii mühitin ayrı-ayrı komponentlərini öyrənən
elmlər – geomorfologiya, iqlimşünaslıq, hidrologiya, okeanologiya,
qlyasiologiya, geokriologiya, torpaq coğrafiyası, biocoğrafiya daxildir.
F.c.-nın əsas vəzifələri Yerin qatları arasındakı enerji və kütlə
mübadiləsini, həmin qatların struktur dəyişkənliyini, rütubət dövranını,
bioloji məhsuldarlığını, təbii-ərazi komplekslərini və onlardan səmərəli
istifadə yollarını və s. öyrənməkdən ibarətdir.
Dostları ilə paylaş: |